ritor.az

Novruz bayramı ərəfəsində şəhid ailələri ziyarət edilib

20-03-2025, 15:52 5 dəfə baxılıb

Novruz bayramı ərəfəsində şəhid ailələri ziyarət edilib
Novruz bayramı ərəfəsində şəhid ailələri ziyarət edilib
Bakı, 20 mart, RİTOR.az

Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları Novruz bayramı ərəfəsində vətən uğrunda canlarını fəda etmiş şəhidlərin ailələrini ziyarət edib, ölkəmizin ərazi bütövlüyünün təmin olunması, torpaqlarımızın işğaldan azad edilməsi və xidməti vəzifələrinin icrası zamanı şəhid olmuş qəhrəmanların əziz xatirəsini dərin ehtiramla yad ediblər.

DSX-nin Mətbuat Mərkəzindən verilən məlumata görə, görüşlər zamanı şəhid ailələrinin və müharibə əlillərinin sosial təminat məsələlərinin Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğu xüsusi vurğulanıb, onların rifah halının yaxşılaşdırılması üçün ardıcıl və məqsədyönlü tədbirlər görüldüyü bildirilib.

Şəhid ailələrinə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin bayram təbriki çatdırılıb, qayğıları öyrənilib və ailələrə bayram sovqatları təqdim edilib.

Şəhid ailələri göstərilən diqqətə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə edib, belə ziyarətlərin onlara göstərilən diqqət və qayğının bariz nümunəsi olduğunu qeyd ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930