Bülənt Atilla: Periprostetik infeksiya çox çətin, uzunmüddətli və bahalı müalicələr tələb edir
Bülənt Atilla: Periprostetik infeksiya çox çətin, uzunmüddətli və bahalı müalicələr tələb edir
Bakı, 16 mart, RİTOR.az
Ortopediyanın atroplastika sahəsi oynaqların protez yardımı ilə ağrısız hərəkətli hala gətirilməsidir ki, bu, dünyada ən uğurlu əməliyyatlardan biridir. Xəstələr bundan sonra ağrılarından qurtulur, fəal həyata atıla bilirlər. Burada çox böyük bir problem var ki, bu da əməliyyat olunan xəstələrin yarısı ilə üçdəbir hissəsi arasında periprostetik infeksiyanın yaranması riskidir. Bu zaman çox çətin, uzunmüddətli və bahalı müalicələrə ehtiyac duyulur.
Bu sözləri Ankara Hacəttəpə Universitetinin professoru Bülənt Atilla deyib.
Onun sözlərinə görə, müalicələrə baxmayaraq, fəsadlar, ağrılar davam edir, infeksiya təkrarlana bilər. Həmin xəstələr 10 il ərzində onkoloji xəstələrdən daha çox həyatlarını itirə bilərlər. Bunun üçün çox çətin bir mübarizə lazımdır. Biz daha əvvəl də bu mövzuda azərbaycanlı həmkarlarımızla birgə müzakirələr aparmışdıq. Bu sahədə getdikcə inkişaf edən müalicə üsulları var. Son 20 il ərzində Azərbaycanda həmin sahədə çox irəliləyiş var. Biz burada həm dünyadan öyrənirik, həm də dünyaya bu mövzunu tanıdırıq. Mayın 8-də İstanbulda həmin sahədə dünya ölkələrinin də bir araya gələcəyi konsensus toplantısı olacaq. Bütün dünya İstanbulda bir araya gələrək, bu sahədə yenilikləri müzakirə edəcək və xəstələrə səmərəli yardım üsullarını bölüşəcəklər.