ritor.az

Bakıda “Dünyada İtalyan Dizaynı Günü” tədbiri keçirilib

12-03-2025, 22:07 0 dəfə baxılıb

Bakıda “Dünyada İtalyan Dizaynı Günü” tədbiri keçirilib
Bakıda “Dünyada İtalyan Dizaynı Günü” tədbiri keçirilib
Bakı, 12 mart, RİTOR.az

ADA Universitetində “Dünyada İtalyan Dizayn Günü” adlı tədbirin 9-cu buraxılışı keçirilib. Builki tədbir “Bərabərsizliklər – Daha Yaxşı Bir Həyat üçün Dizayn” mövzusuna həsr edilib.

RİTOR.az xəbər verir ki, İtaliyanın Bakıdakı səfirliyinin, İtaliya Ticarət Agentliyinin, ADA Universitetinin və Milan Politexnik Universitetinin birgə əməkdaşlığı ilə təşkil edilən tədbir davamlı inkişafın aparıcı qüvvəsi kimi ərazilərin potensialını vurğulamaq məqsədilə təşkil edilib.

Tədbiri ADA Universitetinin Dizayn və Memarlıq fakültəsinin dekanının müavini Nora Labardini açıb.

Daha sonra səfir Luka Di Cianfrançesko çıxış edib.

Səfir salamlama nitqində İtaliya-Azərbaycan Universitetinin ikitərəfli əməkdaşlığın aparıcı qüvvəsi kimi əhəmiyyətini xatırladıb və ADA Universiteti ilə əməkdaşlıq çərçivəsində Milan Politexnik Universiteti tərəfindən Memarlıq və Dizayn fakültəsinin ilkin kurslarının açılması istiqamətində görülən işləri yüksək qiymətləndirib.

İtaliya və Azərbaycan arasında uğurlu əməkdaşlığın nümunəsi kimi səfir, “Simmetrico Network” şirkətinin ölkədəki təcrübəsini yüksək qiymətləndirib və eyni zamanda, Heydər Əliyev Fondunun növbəti Venesiya Memarlıq Biennalesində Azərbaycanın iştirakını təşviq etməklə mədəni əlaqələrin möhkəmləndirilməsində mühüm rolunu vurğulayıb.

Tədbirdə çıxış edən ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, Dizayn və memarlıq fakültəsinin dekanı Silvia Ferraris təhsil üzrə əməkdaşlığın ölkələrarası münasibətlərə təsirinə toxunublar.

Milan Politexnik Universitetinin Memarlıq və Dizayn departamentləri adından professor Daniela Selloni, professor Ponzini və professor Lombardini, Simmetrico Şəbəkəsinin prezidenti və kreativ direktoru Daniele Zambelli çıxış ediblər.

Tədbirdə, həmçinin Heydər Əliyev Mərkəzinin nümayəndəsi Rəna Məmmədova çıxış edərək Heydər Əliyev Fondunun layihələrindən bəhs edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930