ritor.az

Bəhreyndə İslamdaxili Dialoq Konfransı və Müsəlman Ağsaqqalları Şurasının illik toplantısı keçirilib

22-02-2025, 19:46 0 dəfə baxılıb

Bəhreyndə İslamdaxili Dialoq Konfransı və Müsəlman Ağsaqqalları Şurasının illik toplantısı keçirilib
Bəhreyndə İslamdaxili Dialoq Konfransı və Müsəlman Ağsaqqalları Şurasının illik toplantısı keçirilib
Bakı, 22 fevral, Ritor.az

Fevralın 21-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə üzvü olduğu Müsəlman Ağsaqqalları Şurasının Bəhreyn Krallığının paytaxtı Manamada keçirilən geniş formatda illik toplantısında iştirak edib.

QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Müsəlman Ağsaqqalları Şurasının iclasında İslam dünyasını narahat edən təhdid və problemlər, o cümlədən, Fələstin məsələsi, süni intellektin mənfi təsirlərinin qarşısının alınması yönündə zəruri əməli tədbirlər müzakirə olunub, Əl-Əzhəri Şərifin rəhbərliyi ilə Müsəlman Ağsaqqalları Şurası tərəfindən müxtəlif məzhəbləri təmsil edən üləmaların müasir zəmanənin çağırışlarına cavab verən yeni ictihadların, dini-elmi araşdırmaların vacibliyi vurğulanıb.

Bəhreyn Kralı Həməd bin İsa Əl Xəlifənin himayədarlığı ilə fevralın 19-20-də Manamada keçirilən "Bir ümmət, bir tale" şüarı altında təşkil olunan İslamdaxili Dialoq Konfransı yekun bəyanatını qəbul edib. Bu bəyanata dəstəyini bildirən Müsəlman Ağsaqqalları Şurasının üzvləri məzhəblər arasında anlaşmaya xidmət edən təkliflər hazırlamaq məqsədilə daimi fəaliyyət göstərən birgə qurum yaratmaq niyyətlərini açıqlayıblar. Eyni zamanda, müsəlman üləmalardan konkret təkliflər təqdim etmələri xahiş olunub.

Bəhreyn Konfransı çərçivəsində Əl-Əzhər şeyxi, Müsəlman Ağsaqqalları Şurasının sədri, Əl-Əzhərin böyük imamı Əhməd Əl-Tayyib, Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsəlam və QMİ sədri şeyxülislam Allahşükür Paşazadə bir qrup şiə dini lideri və xadimləri ilə görüşüblər. Görüşdə şiə din xadimlərinin irəli sürdükləri təşəbbüs və təkliflər müzakirə edilib, Bəhreyn konfransının məqsədinin uğurlu həyata keçirilməsi və davamlı inkişafı ilə bağlı vacib məsələlər ətrafında fikir mübadiləsi aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930