ritor.az

Rusiya prezidenti müsəlmanları belə təbrik etdi

21-04-2023, 13:23 77 dəfə baxılıb


Rusiya Prezidenti Vladimir Putin Rusiya müsəlmanlarını Ramazan bayramı münasibətilə təbrik edib.

RİTOR.AZ xəbər verir ki, Rusiya dövlət başçısı millətlərarası və dinlərarası dialoqun qorunmasında müsəlman təşkilatlarının töhfəsinin dəyərini vurğulayıb.

Bu barədə Rusiya Müsəlmanları Dini Məclisinin saytında dərc olunan məlumatda qeyd edilib:

“Bütün dünya müsəlmanlarının xüsusi ehtiramla qarşıladıqları müqəddəs Ramazan ayının başa çatdığını bildirən bu bayram yüksək mənəvi dəyər daşıyır, insanların mənəvi cəhətdən təkmilləşməsini, rəhm və mərhəmət arzusunu təcəssüm etdirir.
Məmnunluqla qeyd edirəm ki, ölkəmizdə İslam dininin ardıcılları çoxəsrlik tarixi, dini və mədəni ənənələrinə dərin ehtiramla yanaşır, gəncləri buna cəlb edirlər”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930