ritor.az

Azərbaycan ilə İran arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib

6-05-2025, 19:54 28 dəfə baxılıb

Azərbaycan ilə İran arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib
Azərbaycan ilə İran arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Bakı, 6 may, RİTOR.az
Mayın 6-da xarici işlər nazirinin müavini Yalçın Rəfiyev ölkəmizdə səfərdə olan İran İslam Respublikasının xarici işlər nazirinin müavini, İran Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri Səid Xətibzadə ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, görüş zamanı İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın ölkəmizə səfərindən sonra Azərbaycan-İran ikitərəfli əməkdaşlıq gündəliyindən irəli gələn məsələlər, eləcə də regional və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı əməkdaşlıq əlaqələri barədə fikir mübadiləsi aparılıb.

Tərəflər, həmçinin İran və Azərbaycanın araşdırma və beyin mərkəzləri arasında təmasların və əməkdaşlığın qurulmasının ikitərəfli əməkdaşlığa əlavə təkan verəcəyini, iki ölkənin ictimaiyyətləri arasında müxtəlif mövzular barədə məlumatlılığın artmasına xidmət edəcəyini qeyd ediblər.

Nazir müavinləri, həmçinin digər regional və qlobal məsələlər ətrafında müzakirə aparıblar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2025    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30