ritor.az

Xarici işlər naziri Ceyhun Bayramov təyyarə qəzası zamanı göstərilən yardıma görə Qazaxıstana təşəkkür edib

11-03-2025, 13:47 0 dəfə baxılıb

Xarici işlər naziri Ceyhun Bayramov təyyarə qəzası zamanı göstərilən yardıma görə Qazaxıstana təşəkkür edib
Xarici işlər naziri Ceyhun Bayramov təyyarə qəzası zamanı göstərilən yardıma görə Qazaxıstana təşəkkür edib
Astana, 11 mart,RİTOR.az

Ötən il dekabrın 25-də Bakı-Qroznı aviareysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus sərnişin təyyarəmizin Aktau şəhəri yaxınlığında qəzaya uğramasından dərhal sonra axtarış-xilasetmə əməliyyatlarının həyata keçirilməsində yüksək operativlik göstərdiyinə və bütün məsələlərdə yaxından dəstək verdiyinə görə Qazaxıstan dövlətinə və bütün qazax xalqına təşəkkür edirəm.

RİTOR.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Astanada Qazaxıstanın Baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu ilə aparılan danışıqlardan sonra jurnalistlər üçün brifinqdə deyib.

“Azərbaycan və qazax xalqları arasında tarixən mövcud olan qardaşlıq, birgə adət-ənənə, mədəniyyət və dil ortaqlığı, dövlət başçılarımız arasında qarşılıqlı hörmət və etimada əsaslanan açıq və səmimi münasibətlər iki ölkə arasında əlaqələrin əsasını təşkil edir”, - nazir deyib.

Xatırladaq ki, ötən il dekabrın 25-də Bakı-Qroznı reysini həyata keçirən AZAL-a məxsus sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930