ritor.az

Omanın Şura Məclisinin sədri: Asiya Parlament Assambleyasının Bakı sessiyası təşkilatın gələcək fəaliyyətinə mühüm töhfələr verəcək

17-02-2025, 22:47 0 dəfə baxılıb

Omanın Şura Məclisinin sədri: Asiya Parlament Assambleyasının Bakı sessiyası təşkilatın gələcək fəaliyyətinə mühüm töhfələr verəcək
Omanın Şura Məclisinin sədri: Asiya Parlament Assambleyasının Bakı sessiyası təşkilatın gələcək fəaliyyətinə mühüm töhfələr verəcək
Bakı, 17 fevral, Ritor.az
Milli Məclisin sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının (APA) 15-ci plenar sessiyasında iştirak etmək məqsədilə ölkəmizdə işgüzar səfərdə olan Oman Sultanlığı Şura Məclisinin sədri Xalid Hilal Nasir Al-Maavali ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə plenar sessiyanın məhsuldar keçiriləcəyinə və vacib məsələlərin müzakirə ediləcəyinə inam ifadə olunaraq, APA-nın Asiya parlamentlərini birləşdirən mühüm parlament diplomatiyası platforması olduğu diqqətə çatdırılıb. Bu cür platformaların həm də üzv ölkələrin qanunverici orqanları arasında müzakirələrin və dialoqun inkişafına xidmət etdiyi qeyd olunub.

Sahibə Qafarova diqqətə çatdırıb ki, Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı kimi mühüm beynəlxalq təşkilatlarda ölkələrimiz arasında müsbət əməkdaşlıq və qarşılıqlı dəstək mövcuddur.

Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi çərçivəsində də əməkdaşlıq məsələləri nəzərdən keçirilib. Ölkəmizin sədrliyi ilə Parlament Şəbəkəsinin təsis konfransından bu günədək təşkilatın institusional əsaslarının yaradılması və möhkəmləndirilməsi istiqamətində görülən işlər yüksək qiymətləndirilib.

Xalid Nasir Al-Maavali ölkəsinin digər təşkilatlarda olduğu kimi, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi çərçivəsində də Azərbaycana dəstəyini bir daha ifadə edib.

Qonaq ölkəsinin Azərbaycanın APA-ya sədrliyi dövründə təşkilata tamhüquqlu üzv olmasından məmnunluğunu bildirib. O, paytaxtımızın ev sahibliyi ilə keçəcək 15-ci plenar sessiyasının təşkilatın gələcək fəaliyyətinə mühüm töhfələr verəcəyinə inamını ifadə edib.

Görüşdə Azərbaycan və Oman arasında parlamentlər müstəvisində də əlaqələrin xüsusilə son illərdə daha da inkişaf etdiyi qeyd edilib, qarşılıqlı səfərlərin və təmasların bu münasibətlərə mühüm töhfə verdiyi diqqətə çatdırılıb.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930