ritor.az

Azərbaycan kosmik təcrübəsini Macarıstanla bölüşüb

7-03-2025, 20:05 0 dəfə baxılıb

Azərbaycan kosmik təcrübəsini Macarıstanla bölüşüb
Azərbaycan kosmik təcrübəsini Macarıstanla bölüşüb
Bakı, 7 mart, RİTOR.az

Azərbaycan Kosmik Agentliyi (“Azərkosmos”) “Təlim və Konsultasiya” proqramının çərçivəsində Macarıstanda təlim keçirilib.

RİTOR.az qurumun məlumatına istinadla xəbər verir ki, “Peyk İdarəetmə və Yerüstü Sistemlər” (Satellite Control & Ground Systems) adlı təlim Budapeşt şəhərində baş tutub.

Tədbir “4iG Space & Defence Technologies” şirkəti ilə əməkdaşlıq çərçivəsində təşkil olunub, onun tabeliyində olan “Hungaro DigiTel” və “Remred” şirkətlərinin mühəndis və rəhbər şəxslərini bir araya gətirərək onlara dəyərli bilik və təcrübə qazandırıb.

“Azərkosmos” bu təlimin keçirilməsi ilə təlim və konsultasiya sahəsində beynəlxalq əməkdaşlığı daha da gücləndirir və kosmos sahəsindəki təcrübələrini xarici tərəfdaşlarla bölüşməyə davam edir.

“Azərkosmos”un “Təlim və Konsultasiya” proqramına Yerin Müşahidəsi və CİS Həlləri, Radiotezliklərin İdarəedilməsi, Strategiya Konsultasiyası və Peyk rabitələri kimi kurslar da daxildir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930