ritor.az

Azərbaycan ABŞ-a yumurta ixracına başlayır

6-03-2025, 16:05 4 dəfə baxılıb

Azərbaycan ABŞ-a yumurta ixracına başlayır
Azərbaycan ABŞ-a yumurta ixracına başlayır
Bakı, 6 mart, RİTOR.az

Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası mart ayından Amerika Birləşmiş Ştatlarına müntəzəm süfrə yumurtası ixracına başlayır.

Assosiasiyanın ictimaiyyətlə əlaqələr və analitika departamentindən AZƏRTAC-a bildirilib ki, ötən ildən ABŞ-da quş qripinin yayılması ilə əlaqədar yumurta qıtlığı və qiymətlərin bahalaşması müşahidə olunmaqdadır.

ABŞ hökuməti bu prosesin qarşısını almaq üçün xarici ölkələrdən yumurta idxalına icazə verib. Azərbaycanın ən böyük quşçuluq təsərrüfatlarından biri olan “Giləzi Quşçuluq” ABŞ standartlarına uyğun sertifikatlaşdırmadan uğurla keçərək bu ölkəyə süfrə yumurtası ixracı icazəsi əldə edib.

“Bildiririk ki, ABŞ-a ixracın başlanması Azərbaycan daxilində yumurta təchizatı və qiymətlərə hər hansı təsir etməyəcək. Belə ki, hazırda Azərbaycanda süfrə yumurtasına olan gündəlik tələbat 4 milyona yaxındır. Faktiki istehsal isə 6 milyon civarındadır. Bu istehsalın az bir qismi xaricə ixrac olunsa da, daxili tələbatı artıqlaması ilə ödəyəcək sayda ölkədə qalır. Hazırda anbarlarda 100 milyon ədədə qədər yumurta var”, - deyə assosiasiyanın məlumatında bildirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930