ritor.az

“Kommunal xidmətlərlə bağlı vahid informasiya sisteminin yaradılması üzrə” Altqrupun görüşü baş tutub

21-02-2025, 22:10 2 dəfə baxılıb

“Kommunal xidmətlərlə bağlı vahid informasiya sisteminin yaradılması üzrə” Altqrupun görüşü baş tutub
“Kommunal xidmətlərlə bağlı vahid informasiya sisteminin yaradılması üzrə” Altqrupun görüşü baş tutub
Bakı, 21 fevral, Ritor.az

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəhbərlik etdiyi “Kommunal xidmətlərlə bağlı vahid informasiya sisteminin yaradılması üzrə” Altqrupun görüşü baş tutub.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri Vüsal Şıxəliyev, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri Fərid Osmanov iştirak ediblər. Bununla yanaşı, toplantıya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin digər altqurumları, Energetika Nazirliyi, İqtisadiyyat Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, “Azərişıq” ASC və digər dövlət qurumlarının nümayəndələri qatılıblar.

Görüş zamanı Dünya Bankı Qrupunun yeni “Business Ready” hesabatında “Kommunal xidmətlərlə bağlı vahid informasiya sistemi” üzrə tələblər və qarşıda duran vəzifələr, kommunal xidmətlərlə bağlı vahid informasiya sistemi üzrə tapşırıqlar və görülmüş işlərin statusu, kommunal xidmətlərə qoşulma üzrə elektronlaşma və rəqəmsallaşma istiqamətində görülmüş işlər və potensial imkanlar barəsində fikir mübadiləsi aparılıb.

İştirakçılar, həmçinin kommunal xidmət qurumlarında aparılan diaqnostikanın nəticələrini, Altqrupun əvvəlki iclasının Protokolunda qərara alınmış tədbirlərin icra vəziyyətini, Yol Xəritəsinin ilkin layihəsi üzrə təklifləri də müzakirə ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930