ritor.az

Daha bir neçə avtobus marşrutları üzrə müsabiqələrin qalibləri açıqlanıb

17-02-2025, 22:54 12 dəfə baxılıb

Daha bir neçə avtobus marşrutları üzrə müsabiqələrin qalibləri açıqlanıb
Daha bir neçə avtobus marşrutları üzrə müsabiqələrin qalibləri açıqlanıb
Bakı, 17 fevral, Ritor.az

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq Ramana qəsəbəsinin Yeni yaşayış massivini “Koroğlu” metrostansiyası ilə əlaqələndirən 162 nömrəli və Yeni Suraxanı qəsəbəsini “Ulduz” metrostansiyası ilə əlaqələndirən 184 nömrəli şəhərətrafı avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.

AYNA-dan AZƏRTAC-a bildirilib ki,162 nömrəli şəhərətrafı marşrut üzrə hüquqi şəxs “Grand Bus” MMC və 184 nömrəli şəhərətrafı marşrut üzrə “General Auto Company” firması komissiya üzvləri tərəfindən qalib elan olunub.

Qeyd edək ki, şəhərlərarası marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930