ritor.az

Dünya çempionatı: Azərbaycanın daha 3 güləşçisi bu gün medal qazana bilər

18-09-2022, 13:27 101 dəfə baxılıb


Azərbaycanın daha üç sərbəst güləşçisi bu gün Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında bürünc medal qazana bilər.
RİTOR.AZ "Report"a istinadən xəbər verir ki, yarışın sonuncu günündə 61 kq çəki dərəcəsində çıxış edən İslam Bazarqanov təsəlliverici görüşdə Beşir Alili (Şimali Makedoniya) ilə, 97 kq-dakı Maqomedxan Maqomedov Zbiqniev Baranovski (Polşa) ilə üz-üzə gələcək.

Axşam saatlarında isə 65 kq-dakı 3 qat dünya və 3 qat Avropa çempionu Hacı Əliyev bürünc medal uğrunda qarşılaşmaya çıxacaq. Təcrübəli pəhləvanın rəqibi təsəlliverici görüşlərdən sonra bəlli olacaq.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıb. Yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) qızıl, Ülvi Qənizadə (72 kq) gümüş, Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) bürünc medala sahib çıxıb. Yığma yekunda 118 xalla komanda hesabında 2-ci yeri tutub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930