ritor.az

Gəncədə Çanaqqala Zəfərinin 110-cu ildönümü qeyd edilib

18-03-2025, 19:29 0 dəfə baxılıb

Gəncədə Çanaqqala Zəfərinin 110-cu ildönümü qeyd edilib
Gəncədə Çanaqqala Zəfərinin 110-cu ildönümü qeyd edilib

Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Türkiyə Respublikasının Gəncədəki Baş Konsulluğunun təşkilatçılığı ilə Qafqaz İslam Ordusu şəhidlərinin xatirəsinə ucaldılan abidənin önündə 18 Mart – Çanaqqala Zəfərinin 110-cu, Türkiyənin İstiqlal marşının qəbul edilməsinin 104-cü ildönümləri ilə əlaqədar tədbir keçirilib.
RİTOR.az xəbər verir ki, əvvəlcə Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib, Çanaqqala şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub. Sonra Qafqaz İslam Ordusu şəhidlərinin xatirəsinə ucaldılan abidənin önünə tər çiçəklər düzülüb.

Anım mərasimində çıxış edən Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop Vətən uğrunda canından keçən türk və Azərbaycan şəhidlərini yad edib, qazanılan zəfərlərin əbədi olmasını diləyib. Bildirib ki, Çanaqqala zəfəri məhv olmaq təhlükəsində olan bir ölkənin şanlı qələbəsidir. Bu zəfər türk millətinin gücünün və sarsılmazlığının ifadəsidir. O, Türkiyə ilə Azərbaycan arasında olan tarixi dotluq və qardaşlıq əlaqələrinə də toxunub. Qeyd edib ki, Türkiyə dövləti daim Azərbaycan xalqının yanındadır və hər bir sahədə əlindən gələni etməyə hazırdır.

Baş konsul, eyni zamanda, Çanaqqala zəfərindən ilhamlanaraq “İstiqlal marşı”nı qələmə alan dahi şair Mehmet Akif Ərsoyu hörmət və sevgi ilə yada salıb.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxışında bildirib ki, Çanaqqala döyüşü türk vətəndaşlarının mübarizliyinin simvolu kimi əbədiləşib. Çanaqqala döyüşündə 3 minə yaxın azərbaycanlı iştirak edib və qardaş ölkənin müstəqilliyi uğrunda canlarından keçib. Diqqətə çatdırılıb ki, iki dövlət beynəlxalq aləmdə hər zaman bir-birinin haqlı mövqeyinin fəal dəstəkçisi kimi çıxış edir. İcra başçısı, həmçinin “İstiqlal marşı”nın türk ordusunun qələbəyə inamının, türk əsgərinin şücaətinin və fədakarlığının göstəricisi olduğunu vurğulayıb.

Tarixçi Bəxtiyar Məhərrəmov çıxışında Çanaqqala döyüşünün tarixinə nəzər salıb və bu savaşın dünya hərb tarixinə ən böyük döyüşlərdən biri kimi daxil olduğunu qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930