ritor.az

Prezident İlham Əliyev Bolqarıstanın xarici işlər nazirini qəbul edib

13-03-2025, 17:04 13 dəfə baxılıb

Prezident İlham Əliyev Bolqarıstanın xarici işlər nazirini qəbul edib
Prezident İlham Əliyev Bolqarıstanın xarici işlər nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Bolqarıstanın xarici işlər naziri Georq Georqievi qəbul edib.

RİTOR.az xəbər verir ki, qonaq XII Qlobal Bakı Forumunun əhəmiyyətinə toxunaraq, bu tədbirdə vacib məsələlərin müzakirə olunduğunu vurğuladı.

Georq Georqiev Azərbaycanla Bolqarıstan arasında dostluq münasibətlərinin olduğunu deyərək, əməkdaşlığımızın bu prinsiplər əsasında hərtərəfli inkişaf etdiyini bildirdi. Bu xüsusda, o, ölkələrimiz arasında iqtisadi-ticari, enerji, o cümlədən bərpaolunan enerji, nəqliyyat, mədəniyyət, turizm, insanlararası əlaqələr və digər sahələrdə əməkdaşlıq üçün böyük perspektivlərin olduğunu dedi. Bolqarıstanın xarici işlər naziri Bakı ilə Sofiya arasında birbaşa uçuşların həyata keçirilməsinin vacibliyinə toxundu.

Prezident İlham Əliyev Bolqarıstana rəsmi səfərini və səfər çərçivəsində keçirdiyi görüşləri məmnunluqla xatırladı.

Dövlətimizin başçısı əlaqələrimizin inkişafını qeyd edərək, enerji sahəsində əməkdaşlığa toxundu. Prezident İlham Əliyev Azərbaycan qazının bu gün Bolqarıstan bazarına çatdırılmasının əhəmiyyətini və bunun Bolqarıstanın enerji təminatında rolunu vurğuladı.

Azərbaycanla Bolqarıstanın bərpaolunan enerji sahəsində əməkdaşlığı məsələsi qeyd edildi. Dövlətimizin başçısı, bu xüsusda, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında bərpaolunan enerji layihəsinə Bolqarıstanın da bir tərəfdaş kimi qoşulması münasibətilə təbriklərini çatdırdı. Bu istiqamətdə də ölkələrimiz arasında əməkdaşlıqdan məmnunluq ifadə olundu.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930