ritor.az

Xankəndidə tikilən “Bulud” hoteli bölgədə turizmin inkişafında mühüm rol oynayacaq

21-02-2025, 15:27 3 dəfə baxılıb

Xankəndidə tikilən “Bulud” hoteli bölgədə turizmin inkişafında mühüm rol oynayacaq
Xankəndidə tikilən “Bulud” hoteli bölgədə turizmin inkişafında mühüm rol oynayacaq
Xankəndi, 21 fevral, Ritor.az

İşğaldan azad edilmiş ərazilərdə turizmin inkişafı üçün zəruri təminatların yaradılması istiqamətdə genişmiqyaslı işlər görülür. Fevralın 19-da Prezident İlham Əliyevin iştirakı ilə Xankəndidə əsaslı təmir və bərpadan sonra açılışı olan “Bulud” hotel də turizmin inkişafında mühüm rol oynayacaq.

Ritor.az AZƏRTACa istinadən xəbər verir ki, ümumi sahəsi 5325 kvadratmetr olan hotel beş mərtəbədən ibarətdir. Hoteldə 45 nömrə var və 91 qonaq qəbul edə biləcək. Müasir iaşə məkanlarının yaradıldığı hoteldə “Lobby lounge”, kafe, açıq və qapalı restoranlar fəaliyyət göstərəcək.

Hoteldə 50 nəfər işlə təmin olunub.

Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərimiz tarixi-mədəni abidələrlə yanaşı, füsunkar təbiətə, yeraltı və yerüstü sərvətlərə, geniş turizm imkanlarına malikdir. Bölgədə müalicəvi turizm, istirahət turizmi, ekoturizm və turizmin digər növlərinin inkişaf etdirilməsi üçün böyük imkanlar var. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda nəzərdə tutulan əsas prioritetlərdən biri də məhz bu bölgədə turizmin müxtəlif növlərinin inkişafı üçün zəruri təminatların yaradılmasıdır. Artıq son illər bu istiqamətdə genişmiqyaslı işlər görülür. Füzuli və Zəngilanda yaradılan, Laçında tikintisi davam edən beynəlxalq hava limanları, inşa olunan müasir hotellər və həyata keçirilən digər infrastruktur layihələri azad olunan ərazilərimizin turizm potensialının reallaşmasında, turistlərin bu bölgələrə cəlb edilməsində mühüm rol oynayacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930