ritor.az

Norveç Nobel Komitəsinə 20 Yanvar faciəsi ilə bağlı bəyanat ünvanlanıb

30-01-2025, 18:46 23 dəfə baxılıb

Norveç Nobel Komitəsinə 20 Yanvar faciəsi ilə bağlı bəyanat ünvanlanıb
Norveç Nobel Komitəsinə 20 Yanvar faciəsi ilə bağlı bəyanat ünvanlanıb
Bakı, 30 yanvar, Ritor.az

İsveçdə fəaliyyət göstərən "Qobustan - Azərbaycan Aydınlar Ocağı" dərnəyinin təşkilatçılığı ilə keçirilən "Qanlı 20 Yanvar" adlı videokonfransın yekununda Norveç Nobel Komitəsinə ünvanlanan bəyanat qəbul edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, sözügedən bəyanat videokonfransın 100-dən çox iştirakçısı – “Qobustan - Azərbaycan Aydınlar Ocağı”nın üzvləri, Azərbaycan diaspor fəalları, 20 Yanvar şəhidlərinin ailə üzvləri və veteranları tərəfindən Norveç Nobel Komitəsinin sədri Jorgen Vatne Frydnesə və Komitənin üzvləri - Asle Tojeyə, Anne Engerə, Kristin Klemetə, Qry Larsenə ünvanlanıb.

Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Mixail Qorbaçova 1990-cı ilin oktyabrında Norveç Nobel Komitəsi tərəfindən verilən Nobel Sülh Mükafatına etirazın yer aldığı bəyanatda 1990-cı il 20 Yanvar qətliamında əli Azərbaycan xalqının qanına bulaşmış Mixail Qorbaçova Nobel Sülh Mükafatının verilməsinin ədalətsiz qərar olduğu diqqətə çatdırılıb.

Sənəddə, həmçinin 20 Yanvar faciəsini törədən cinayətkarların məsuliyyətə cəlb edilməsi üçün kifayət qədər hüquqi əsasın olduğu bildirilib, onların BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın və digər beynəlxalq hüquqi konvensiyaların tələblərini pozduğu qeyd olunub.

Bəyanatda dünya ictimaiyyətinin ədalətə inamı və Nobel Sülh Mükafatının mənəvi nüfuzunun güclənməsi baxımından Mixail Qorbaçovun bu mükafatdan məhrum olunmasının əhəmiyyəti vurğulanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930