ritor.az

Jurnalistlər Yubiley İli üçün Vatikana toplaşacaqlar

12-01-2025, 17:40 0 dəfə baxılıb

Jurnalistlər Yubiley İli üçün Vatikana toplaşacaqlar
Jurnalistlər Yubiley İli üçün Vatikana toplaşacaqlar
Vatikan, 12 yanvar, Ritor.az

Vatikanda qeyd olunan Müqəddəs Yubiley İli çərçivəsində müxtəlif ölkələrin media nümayəndələri yanvarın 24-26-da Romaya toplaşacaqlar.

Ritor.az AZƏRTAC a istinadən xəbər verir ki, “Kommunikasiya dünyasının yubileyi” adlı tədbirdə jurnalistlər, media mütəxəssisləri, qəzet redaktorları, videomeykerlər və sosial media menecerləri iştirak edəcəklər.

Media nümayəndələri Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisklə görüşəcək, Pyotr Kilsəsinin “müqəddəs qapı”sından keçəcəklər. İki gün ərzində Müqəddəs Pyotr Kilsəsi və Müqəddəs İoann Lateran Bazilikasında müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulur. Bu, Müqəddəs Yubiley İli çərçivəsində ilk tədbirdir.

Qeyd edək ki, Müqəddəs Yubiley İli Vatikanda hər 25 ildən bir təşkil olunur. Yubiley İli tarixdə ilk dəfə 1300-cü ildə elan edilib, sonuncusu isə 2000-ci ildə Papa II İohann Pavelin dövründə olub.

Builki yubiley 2025-ci ili əhatə edəcək. Yubiley İli müxtəlif tədbirlər və şənliklər təqvimi ilə əlamətdar olacaq, tədbirlərə 32 milyondan çox insanın qatılacağı gözlənilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930