ritor.az

Şahdağda Xizək Alpinizmi üzrə Dünya Kuboku start götürüb

10-01-2025, 11:49 4 dəfə baxılıb

Şahdağda Xizək Alpinizmi üzrə Dünya Kuboku start götürüb
Şahdağda Xizək Alpinizmi üzrə Dünya Kuboku start götürüb
Bakı, 10 yanvar, Ritor.az

“Şahdağ” Turizm Kompleksində keçirilən Xizək Alpinizmi üzrə Dünya Kuboku start götürüb.

Ritor.az AZƏRTAC a istinadən xəbər verir ki, ilk yarış günündə idmançılar sprint növü üzrə mübarizə aparırlar.

Azərbaycanı turnirdə Nəzrin Qəribova və Seyid Sədrəddinov təmsil edirlər.

Dünya Kubokunda Fərdi Neytral İdmançılar (AİN) olmaqla, 26 ölkədən 130-a yaxın idmançı qüvvəsini sınayır. Atletlər yanvarın 11-də vertikal və 13-də isə individual növlər üzrə güclərini yoxlayacaqlar.

Qeyd edək ki, Dünya Kuboku 2026-cı ildə keçiriləcək Qış Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün kvalifikasiya yarışlarından biri hesab edilir. Gənclər və İdman Nazirliyinin dəstəyi, Beynəlxalq Xizək Alpinizmi Federasiyasının, Azərbaycan Qış İdman Növləri Federasiyasının və Şahdağ Turizm Mərkəzinin təşkilatçılığı ilə keçirilən yarışa yanvarın 13-də yekun vurulacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930