ritor.az

Azərbaycan-Türkiyə İş Adamları Birliyinin təşkilatçılığı ilə konfrans keçirilib

23-12-2024, 18:36 10 dəfə baxılıb

Azərbaycan-Türkiyə İş Adamları Birliyinin təşkilatçılığı ilə konfrans keçirilib
Bakı, 23 dekabr, Ritor.az

Dekabrın 23-də Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) tərəfindən “Əmək münasibətləri, əməyin mühafizəsi və insan resursları ekoloji, sosial və korporativ idarəetmə yanaşmasının (ESG) əsas istiqamətlərindən biri kimi” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, Türkiyənin ölkəmizdəki səfirliyinin müşavirləri, dövlət qurumları və qeyri-hökumət təşkilatlarının nümayəndələri və iş adamları iştirak ediblər.

Konfransda çıxış edən ATİB-in İdarə Heyətinin sədri Mürsəl Rüstəmov, Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ufuk Arca Turganer mövzunun sahibkarlar üçün əhəmiyyətindən danışıb, dövlət başçısının növbəti onillik üçün qarşıya qoyduğu “Rəqabətli insan kapitalı” Milli Prioritetinə çatmaq üçün bu növ tədbirlərin vaxtaşırı təşkilinin önəmini vurğulayıblar.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov çıxışında Agentliyin təşəbbüsü ilə hazırlanmış və yaxınlarda Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən qəbul olunmuş “AZS IWA 48:2024 “Ətraf mühit, sosial və korporativ idarəetmə (ESG) prinsiplərinin tətbiqi üzrə çərçivə” dövlət standartı barədə məlumat verərək, bizneslərin ESG prinsiplərinə riayət etməsinin biznes proseslərinin optimallaşmasına, istehsal xərclərinin azaldılmasına, rəqabət qabiliyyətinin yüksəldilməsinə, ixrac potensialının artırılmasına və xüsusilə, xarici investisiyaların cəlb edilməsinə imkan verəcəyini diqqətə çatdırıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Nərmin Mirzəyeva respublikamızda işçilərin əmək hüquqlarının müdafiəsindən, iş yerlərinin təhlükəsizliyinin təmin edilməsi və əməyin mühafizəsi sahəsində mövcud qanunvericilik və görülmüş işlərdən, nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədr müavini Hasil Abbasov Azərbaycanda əhalinin məşğulluğunun təmin edilməsindən, işəgötürənlərlə işçilər arasında əmək münasibətlərinin tənzimlənməsindən, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsindən, eləcə də qeyri-formal məşğulluğun qarşısının alınmasından danışıblar. ƏƏSMN tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədr müavini Elçin Süleymanov isə əmək bazarının cari və perspektiv vəziyyətinin qiymətləndirilməsi, strateji məşğulluq sahələrinin, onların gələcək inkişaf meyillərinin müəyyən edilməsi, əmək, məşğulluq, sosial müdafiə sahələrində peşəkar mütəxəssislərin hazırlanması və təlim proqramlarının tərtib edilməsi istiqamətində həyata keçirilmiş tədbirlər barədə çıxış ediblər.

Daha sonra Dövlət Əmək Müfəttişliyi Xidməti və Milli Observatoriyanın birgə layihəsi olan “DOST Müfəttiş” layihəsi barədə təqdimat olub.

Tədbirin sonunda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930