ritor.az

DİN xəbərdarlıq edir: Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! 21.12.2024 [10:53] Çap et A+ A-

21-12-2024, 11:48 4 dəfə baxılıb

DİN xəbərdarlıq edir: Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin!
21.12.2024 [10:53]
Çap et
A+ A-
DİN xəbərdarlıq edir: Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! 21.12.2024 [10:53] Çap et  A+ A-
Bakı, 21 dekabr,

Bank işçiləri heç vaxt bankın göndərdiyi SMS-də kart kodu, PİN kodu və ya digər kod, məlumatlar tələb etmirlər.

Ritor.az AZƏRTAC a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib. O qeyd edib ki, yalnız fırıldaqçılar gizli kodlarla maraqlanırlar. Məhz bu üsulla, xarici nömrələrdən zəng olunmaqla, “bankdandır, bank kartınıza müdaxilə var” adı ilə talama halları var və geniş vüsət alıb.

Həmin metodlarla dekabrın 19-20 tarixlərində ayrı-ayrı vətəndaşlara məxsus bank kartlarından 50000, 13000, 10000, 8650, 8400, 4715, 4700, 7250, 4000, 3900, 3572, 3500, 2360, 2340, 2396, 2397, 2300, 2200, 1960, 1886, 1500, 1480, 1480, 1300, 1150, 900, 850, 750, 740, 570, 410, 400, 378, 200, 170, 130, 100, 97, 51, 50 manat oğurlanıb.

“Elə zərərçəkmişlər var ki, özündə olan digər kartların da məlumatlarını verib ki, xahiş edirəm, buna da baxın, karta müdaxilə varsa, aradan qaldırın. Nəticədə həmin kartlarda olan vəsaitlər də oğurlanıb.

Heç bir halda şəxsi olan, məxfilik daşıyan bank kartı məlumatlar qarşı tərəfə - naməlum şəxsə verilə bilməz, çünki bu məlumatlarla maraqlanan şəxsin məqsədi pullarınızı talamaqdır”, - deyə Elşad Hacıyev bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930