ritor.az

Qiymətləndiricilər Palatasının təsisi üçün təşkilat komitəsi yaradılıb

10-03-2024, 01:52 9 dəfə baxılıb

Qiymətləndiricilər Palatasını təsis etmək hüququ olan şəxslərin müəyyən edilməsi, təsis yığıncağının hazırlanmasının və keçirilməsinin təmin edilməsi məqsədilə təşkilat komitəsi yaradılıb.

APA xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı sərəncam imzalayıb.

Ətraflı
Ad - 00:32
Sərəncama əsasən, Qiymətləndiricilər Palatasını təsis etmək hüququ olan şəxslərin müəyyən edilməsi, təsis yığıncağının hazırlanmasının və keçirilməsinin təmin edilməsi məqsədilə aşağıdakı tərkibdə təşkilat komitəsi yaradılıb:

Sahib Ələkbərov - İqtisadiyyat nazirinin müavini;

Sevinc İsmayılova - İqtisadiyyat Nazirliyinin İnsan resursları şöbəsinin müdiri;

Nuranə Abbasova - İqtisadiyyat Nazirliyinin Hüquq şöbəsi müdirinin müavini - hüquqi aktların hazırlanması və ekspertizası sektorunun müdiri;

Ramiz Qarayev - Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsi müdirinin müavini;

Vüsal Abbasov - Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin baş məsləhətçi-hüquqşünası.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930