ritor.az

Qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib 01.12.2023

1-12-2023, 23:23 14 dəfə baxılıb

Sentyabrın 15-də Xaçmaz rayonu ərazisində 1967-ci il təvəllüdlü Qərib Rzayevin öldürülməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

İstintaqla 1996-cı il təvəllüdlü Yalçın Hüseynovun qeyd edilən tarixdə Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndi ərazisindən keçən hissəsində Qərib Rzayevin baş nahiyəsinə yerdən götürdüyü daşla zərbələr vuraraq xuliqanlıq niyyəti ilə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Yalçın Hüseynova Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsilə yekun ittiham elan edilməklə, barəsində həbs qətimkan tədbiri seçilib və cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930