ritor.az

Ceyhun Bayramov BQXK prezidenti ilə görüşüb

12-09-2023, 13:41 10 dəfə baxılıb


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Mirjana Spolyariç Egger ilə görüşüb.

Ritor.Az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "X" hesabında paylaşım edilib.

Görüşdə regiondakı son vəziyyət fonunda Azərbaycan ilə BQXK arasında əməkdaşlığın hazırkı vəziyyəti, o cümlədən çağırışlar və gələcək perspektivlər müzakirə olunub.

Azərbaycanın XİN başçısı da rəsmi "X" səhifəsində BQXK prezidenti ilə görüşü barədə paylaşım edib.

"Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Mirjana Spolyariç Egger ilə görüşməyimə və Azərbaycan ilə BQXK arasında əməkdaşlığın hazırkı vəziyyəti ilə bağlı fikir mübadiləsi aparmağıma şad oldum", - nazir bildirib.

Qeyd edək ki, C.Bayramov Cenevrədə işgüzar səfərdədir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930