ritor.az

Azərbaycanda iki general vəzifəsindən azad olundu

1-08-2023, 12:52 23 dəfə baxılıb


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin beş vəzifəli şəxsi vəzifələrindən azad olunublar.

RITOR.AZ Qafqazinfo-ya istinadən xəbər verir ki, bunlar Çağırış Baş İdarə rəisi general-mayor Çingiz Kiçikbəyov, Kadrlar Baş İdarə rəisi general-mayor Azad Əliyev, Təşkilat Nəzarət Baş İdarə rəisi polkovnik Famil Aslanov, Maddi-Texniki Təminat Baş İdarə rəisi polkovnik Anar Əliyev və Səfərbərlik Baş İdarə rəisi polkovnik Vəli Rzayevdir.

Xidmətin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov sorğumuza cavab olaraq bildirib ki, müvafiq sərəncamla Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin beş Baş İdarəsinin rəisləri tutduqları vəzifədən azad olunub və hazırda Xidmət rəisinin sərəncamına götürülüb.
Qeyd edək ki, həmin Baş İdarələr ləğv olunmayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930