ritor.az

Fars-molla rejiminin Azərbaycana növbəti xəyanəti - VİDEO

14-04-2023, 22:23 43 dəfə baxılıb


Molla rejiminin Azərbaycana qarşı nifrəti səngimək bilmir. Məqam düşdükcə həm açıq-aşkar, həm də erməni qardaşlarının əli ilə Azərbaycana xəyanətlərini davam etdirirlər.

Bu dəfə isə Ermənistanın ölkəmizə qarşı son təxribatı zamanı İranın raket və dronlardan istifadə etdiyi bildirilir. Təbii ki, bu iddialar əsassız deyil. Çünki aprelin 11-də baş verən silahlı təxribat zamanı Tehran hakimiyyəti sərhəddəki ordusunu döyüş hazırlığı vəziyyətinə gətirib.

Həmçinin Ukraynanın işğalında Rusiyaya dronlar tədarük etməklə hər zaman işğalçının yanında olduqlarını sübut edirlər.

Təbii ki, İran İnqilabı Keşikçiləri Korpusunun Azərbaycanla sərhədə PUA göndərməsinin səbəbi özlərinin dediyi kimi, yalnız kəşfiyyat məlumatları toplamaq və ya İranın təhlükəsizliyi ilə bağlı deyil.

Çünki döyüşlərin getdiyi ərazidən İran sərhədinə qədər olan məsafə həm quru, həm də hava yolu ilə kifayət qədər çoxdur.

Deməli, molla rejimi əslində Ermənistanı cəsarətləndirmək, dolayısı ilə təxribata sürükləmək üçün arxasında dayandığını göstərmək istəyib.



RİTOR.AZ






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930