ritor.az

Azərpaşa Nemətovla vida mərasimi keçirilir - FOTOLAR

10-04-2023, 12:54 52 dəfə baxılıb


Xalq Artisti II Fəxri Xiyabandda dəfn ediləcək
Azərbaycanın Xalq artisti, Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru və direktoru Azərpaşa Nemətov ilə vida mərasimi keçirilir.

RİTOR.AZ xəbər verir ki, Milli Dram Teatrında keçirilən vida mərasimində dövlət rəsmiləri, mədəniyyət və incəsənət xadimləri, mərhumun ailə üzvləri və yaxınları iştirak edirlər.

Mərasimdən sonra mərhum II Fəxri xiyabanda dəfn ediləcək.

Azərpaşa Nemətov aprelin 9-da 75 yaşında dünyasını dəyişib. 1947-ci ildə Bakı şəhərində anadan olan Xalq artisti yaradıcılığı boyunca yüzdən artıq tamaşaya quruluş verib.

O, 2016-cı ilin yanvarın 6-dan ölümünə qədər Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının baş direktoru vəzifəsində çalışıb.

FOTO/








Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930