ritor.az

Azərbaycan manatının dövretmə sürəti cüzi azalıb

19-03-2023, 12:47 16 dəfə baxılıb


Bu il fevralın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 4,02 bənd təşkil edib.

Bu barədə "RITOR.AZ" Azərbaycan Mərkəzi Bankının (AMB) hesabatına istinadən xəbər verir. Bu göstərici 2023-cü ilin yanvarın 1-i ilə müqayisədə 0,51 bənd, 2022-ci ilin fevralın 1-nə nisbətən isə 0,79 bənd azdır.

Xatırladaq ki, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi də 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930