ritor.az

"Bild": Zelenski və Zalujnı arasında Baxmutla bağlı fikir ayrılığı var

6-03-2023, 17:09 117 dəfə baxılıb


Ukrayna Prezidenti Volodimir Zelenski və Silahlı Qüvvələrin Komandanı Valeri Zalujnı arasında Baxmut ətrafındakı vəziyyətlə bağlı fikir ayrılığı yaranıb.

RİTOR.AZ-ın xəbərinə görə, bu barədə "Bild" nəşri öz mənbələrinə istinadən yazıb.

"Bild" Ukraynanın siyasi rəhbərliyindəki bir neçə mənbədən öyrənib ki, bir neçə həftə əvvəl Zalujnı taktiki səbəblərə görə Baxmutdan geri çəkilməyi tövsiyə edib.

Ukrayna hakimiyyətindən nəşrə bildirilib ki, onlar Baxmutun saxlanılmasını davam etdirmək qərarını düzgün hesab edirlər.

Adı açıqlanmayan ukraynalı hərbi analitik nəşrlə söhbətində Ukrayna Silahlı Qüvvələrinin Zalujnının mövqeyini dəstəklədiyini deyib.

Ekspert onu da əlavə edib ki, hərbçilərin əksəriyyəti ukraynalı əsgərlər mühasirəyə alınıbsa, şəhəri saxlamağa davam etməyin lazımsız olduğunu düşünür.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930