ritor.az

Mehriban Əliyevanın paylaşımı Türkiyə mediasının gündəmində - FOTO

11-02-2023, 18:26 80 dəfə baxılıb


Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın zəlzələdən zərərçəkənlərə humanitar yardımla bağlı paylaşımı Türkiyədə böyük rəğbətlə qarşılanıb.
RİTOR.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, sözügedən paylaşım Türkiyənin bir neçə aparıcı mediasının da diqqətindən yayınmayıb və paylaşım çox sayda xəbər portallarında işıqlandırılıb.
Yazıların əksəriyyəti “Türkiyə xalqının yanında olmağa çalışan hər kəsə minnətdaram” başlığı ilə dərc olunub.
Qeyd edək ki, Mehriban Əliyeva zəlzələ qurbanlarına dəstək məqsədilə qardaş ölkəyə humanitar yardım göndərilməsi ilə bağlı göstəriş verib. Artıq yardımla əlaqədar bir neçə xüsusi təyyarə Türkiyəyə göndərilib.
Birinci vitse-prezident ötən gün etdiyi paylaşımda Türkiyə xalqının yanında olmağa çalışan hər kəsə minnətdarlığını bildirib, azərbaycanlı olduğuna görə özünü çox qürurlu hiss etdiyini qeyd edib.

FOTO:










Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930