ritor.az

Bakıda gecə klubunda ərəb turist ölüb

7-02-2023, 10:51 52 dəfə baxılıb


Bakının Binəqədi rayonunda klubda ölüm hadisəsi baş verib.

RİTOR.AZ apa-ya istinadən xəbər verir ki, hadisə Əhmədli Rəcəbli küçəsində yerləşən iaşə obyektində qeydə alınıb.

Belə ki, "Baku Musical Center" gecə klubunda müştəri olan 1969-cu il təvəllüdlü Küveyt vətəndaşı Ali Nəcəb Aşamalinin qəfil vəziyyəti pisləşib.

Dərhal təcili tibbi yardıma müraciət olunub.

Buna baxmayaraq, Ali Nəcəb Aşamali dünyasını dəyişib.

Onun hansı səbəbdən öldüyü Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin əməkdaşları tərəfindən araşdırılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930