ritor.az

Boris Conson: "Ukraynaya müdaxilə ərəfəsində Putin məni hədələdi”

30-01-2023, 10:51 122 dəfə baxılıb


“Fevralda Ukraynaya təcavüz ərəfəsində apardığımız telefon danışığı zamanı o, (Rusiya Prezidenti Vladirmir Putini nəzərdə tutur-red.) məni hədələdi”.

RİTOR.AZ report-a istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın keçmiş Baş nairiz Boris Conson deyib.

O deyib ki, fevral ayında müharibə ərəfəsində V.Putinə xəbərdarlıq edərək müharibənin tamamilə fəlakətə, Rusiya sərhədləri yaxınlığında NATO qoşunlarının sayının artmasına, Qərb dövlətlərinin Moskvaya qarşı sanksiyalar tətbiq etməsinə səbəb olacağını söyləyib.

“Telefon danışğında məni hədələyərək dedi: “Boris, səni incitmək istəmirəm, ancaq raketlə bu məsələlərin həlli bir dəqiqə çəkir”. Yaxud buna bənzər bir sözlər söylədi. Gülməli idi. Ancaq fikrimcə, çox rahat ton və görünüşü ilə sadəcə məni onu ​danışıqlara cəlb etmək cəhdlərimlə oynayırdı”, - B.Conson vurğulayıb.

O, həmçinin Rusiyanın müdaxiləsi zamanı Ukrayna Prezidenti Volodimir Zelenskiyə təhlükəsiz yerə köçmək üçün kömək təklif etdiyini xatırladıb: "O, təklifimi qəbul etmədi və olduğu yerdə qəhrəmancasına qaldı”.

Qeyd edək ki, B.Conson 2022-ci il iyulun 7-də Baş nazir vəzifəsindən istefa verib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930