1 noyabr — Qriqorian təqvimi ilə ilin 305-ci günü (uzun illərdə 306-cı). İlin sonuna 60 gün qalır.
Əhəmiyyətli hadisələr:1926 — Uruqvay milli futbol komandası Amerika Kubokunu qazanıb.[1]
1993 — Maastrixt sazişi qüvvəyə minir və rəsmi olaraq Avropa İttifaqını təsis edir.[2]
1996 — Avstraliya milli futbol komandası OFK Millətlər Kubokunu qazanıb.[3]
Azərbaycana aid hadisələr
1906 — "Füyuzat" jurnalı ilk dəfə nəşr olunub.[4]
1994 — Azərbaycan və Qvatemala arasında diplomatik əlaqələr qurulmuşdur.[5]
2015 — Azərbaycanda Parlament seçkiləri keçirilib.[6]Doğumlar: 1288 — İvan Kalita, Böyük Moskva knyazı
1661 — Burbonlu Lüdovik, Fransa dofeni
1810 — Eymos Eno, ABŞ daşınmaz əmlak investoru
1895 — Qriqori Kaminski, Sovet dövlət xadimi
1911 — Anri Truaya, Fransa yazıçısı
1918 — Abbas Qarabaği, İran dövlət xadimi və generalı
1924 — Süleyman Dəmirəl, Türkiyə prezidenti
1940 — Elmira Şabanova, Azərbaycan aktrisası
1944 — Rəfiq Həriri, Livan baş naziri
1946 — Rais Rəsulzadə, Azərbaycan boyakarı
1947 — Telman Əliyev, Azərbaycan aktyoru
1959 — Tofiq Zülfüqarov, Azərbaycan dövlət xadimi
1960 — Tim Kuk, ABŞ biznes meneceri
1971 — Namiq Məna, Azərbaycan meyxanaçısı
1978 — Urfan Vəlizadə, Azərbaycan mayoru
1984 — Miloş Krasiç, Serbiya futbolçusu
1996
Fuad Tağıyev, Azərbaycan kiçik giziri
Lil Peep, ABŞ və İsveç repçisi
1997 — Qəşəm Səfərov, Azərbaycan hərbçisi
1999 — Yaşar Xudayev, Azərbaycan əsgəri
Ölümlər: 1700 — II Karl, İspaniya kralı
1894 — III Aleksandr, Rusiya imperatoru
1965 — Seyid Şuşinski, Azərbaycan xanəndəsi
2005 — Bürcəli Əsgərov, Azərbaycan aktyoru
2008 — Jak Pikkar, İsveçrə okeanoloqu
2017 — Nizami Quliyev, Azərbaycan deputatı
2020
Alim Quliyev, Azərbaycan əsgəri
Bəhram Məmmədzadə, Azərbaycan əsgəri
Əlisahib Ələkbərov, Azərbaycan baş leytenantı
Nəzir Osmanov, Azərbaycan əsgəri
Orxan Cumayev, Azərbaycan əsgəri
Orxan Cümşüdov, Azərbaycan əsgəri
Kənan Şirəliyev, Azərbaycan əsgəri
Nurlan Quliyev, Azərbaycan əsgəri
Şahin Allahyarov, Azərbaycan baş giziri, Vətən Müharibəsi Qəhrəmanı
Vüqar Ağayev, Azərbaycan mayoru, Vətən Müharibəsi Qəhrəmanı
Ritor.Az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.