MN: Ordumuzun mövqeləri son günlər intensiv atəşə tutulur.
Sentyabrın 5-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Kəlbəcər rayonunun Zivel və Yellicə yaşayış məntəqələri istiqamətində yerləşən Ordumuzun mövqelərini müxtəlif növ atıcı silahlardan atəşə tutub.
✅ Bütün istiqamətlərdə bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.
❗Son günlər Azərbaycan-Ermənistan dövlət sərhədində baş verən gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.