ritor.az

Braziliyada Ledi Qaqanın konsertinə bombalı hücumun qarşısı alınıb, 2 nəfər saxlanılıb

4-05-2025, 21:12 27 dəfə baxılıb

Braziliyada Ledi Qaqanın konsertinə bombalı hücumun qarşısı alınıb, 2 nəfər saxlanılıb
Braziliyada Ledi Qaqanın konsertinə bombalı hücumun qarşısı alınıb, 2 nəfər saxlanılıb

Braziliya polisi Ledi Qaqanın şənbə günü Rio-de-Janeyrodakı Kopakabana çimərliyində konsertinə planlaşdırılan bombalı hücumun qarşısını aldığını açıqlayıb.

RİTOR.az-ın məlumatına görə, bildirilib ki, hücum nifrət nitqini və yeniyetmələrin radikallaşmasını, özünə zərər verməsini və zorakılığı təbliğ edən qrup tərəfindən təşkil edilib.

“Şübhəlilər əldə düzəldilmiş partlayıcılar və “molotov” kokteyllərindən istifadə etməklə koordinasiyalı hücumlar həyata keçirmək üçün iştirakçıları, o cümlədən azyaşlıları cəlb ediblər”, - deyə polisin açıqlamasında qeyd olunub.

Hücumda şübhəli bilinən 2 nəfə saxlanılıb.

Şəhər meriyasının məlumatına görə, amerikalı pop müğənninin konsertinə 2,1 milyon insan gəlib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2025    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30