ritor.az

Qətər ABŞ-dan 200 milyard dollar dəyərində təyyarə alacaq

14-05-2025, 22:15 26 dəfə baxılıb

Qətər ABŞ-dan 200 milyard dollar dəyərində təyyarə alacaq
Qətər ABŞ-dan 200 milyard dollar dəyərində təyyarə alacaq

Qətərdə səfərdə olan ABŞ Prezidenti Donald Tramp bu ölkənin əmiri Şeyx Təmim bin Həməd Əl-Tani ilə 1,2 trilyon dollar dəyərində iqtisadi mübadiləyə dair müqavilə imzalayıb.

RİTOR.az-ın məlumatına görə, həmçinin iki ölkə arasında ümumi dəyəri 243,5 milyard dollardan çox olan iqtisadi müqavilələrə imza atılıb. Bu çərçivədə

Qətər ABŞ istehsalçısı “Boeing”dən “Qatar Airways” üçün 200 milyard dollar dəyərində 160 təyyarə alacaq.

Həmçinin müqaviləyə əsasən Qətər və ABŞ arasında təhlükəsizlik sahəsində tərəfdaşlıq daha da gücləndirilir. “Raytheon” şirkəti ilə imzalanan bir milyard dollarlıq razılaşma Qətəri pilotsuz uçuş aparatları, “General Atomics” ilə bağlanmış 2 milyard dollarlıq müqavilə isə MQ-9B pilotsuz uçuş aparatları ilə təmin edəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2025    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30