ritor.az

ABŞ-la yerin təkinə dair saziş ratifikasiya üçün Ukrayna Ali Radasına təqdim edilib

6-05-2025, 20:09 17 dəfə baxılıb

ABŞ-la yerin təkinə dair saziş ratifikasiya üçün Ukrayna Ali Radasına təqdim edilib
ABŞ-la yerin təkinə dair saziş ratifikasiya üçün Ukrayna Ali Radasına təqdim edilib


Ukrayna Ali Radasının Beynəlxalq siyasət komitəsi Ukrayna və Amerika Birləşmiş Ştatları arasında yerin təkinə dair sazişin ratifikasiyasını dəstəkləyib.

RİTOR.az xəbər verir ki, bu barədə “Telegram”da deputat Yaroslav Jeleznyak yazıb.

Növbəti addım sənədin parlamentin iclasında ratifikasiyası olacaq ki, bu da sazişlərin praktiki həyata keçirilməsinə yol açacaq. Jeleznyak bunun mayın 8-də olacağını qeyd edib.

Deputatın sözlərinə görə, komitənin qərarının mətninə belə bir təklif daxil edilib: “Bərpa Fondunun yaradılmasına dair hər hansı əlavə sazişlər bu Sazişə zidd ola bilməz. Bu müqavilə Ukraynanın bütün ərazisində beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində etibarlıdır”.

Yaroslav Jeleznyak aydınlaşdırıb ki, komitə iclasında 11 səs “lehinə” olub, bir nəfər bitərəf qalıb, daha iki nəfər səsvermədə iştirak etməyib.

Xatırladaq ki, bu yaxınlarda Ukrayna ilə ABŞ arasında yeraltı sərvətlərə dair saziş imzalanıb. Bu sənəd Ukraynada təbii sərvətlərin çıxarılması layihələrindən royalti, lisenziya haqları və digər oxşar ödənişlərin 50 faizini alacaq investisiya fondunun yaradılmasını nəzərdə tutur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2025    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30