ritor.az

Türkiyədə FETÖ ilə əlaqəsi olmaqda şübhəli bilinən 17 həkim saxlanılıb

17-02-2025, 14:19 2 dəfə baxılıb

Türkiyədə FETÖ ilə əlaqəsi olmaqda şübhəli bilinən 17 həkim saxlanılıb
Türkiyədə FETÖ ilə əlaqəsi olmaqda şübhəli bilinən 17 həkim saxlanılıb
İstanbul, 17 fevral, Ritor.az

Türkiyədə FETÖ ilə əlaqəsi olduğu və təşkilati fəaliyyətlərdə iştirak etdiyi müəyyənləşdirilən, eyni zamanda, hazırda ölkədə aktiv həkimlik fəaliyyəti göstərən 17 şübhəli saxlanılıb.

Ritor.az AZƏRTACa istinadən xəbər verir ki, Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən ölkədə tibb mütəxəssislərinin müəyyənləşdirilməsi imtahanına hazırlıq xidməti göstərən yataqxanalar ilə FETÖ terror təşkilatının əlaqəsi araşdırılıb. İstanbul Respublika Baş Prokurorluğu tərəfindən bununla bağlı aparılan istintaq çərçivəsində prokurorluğun Qaçaqmalçılıq cinayətləri ilə mübarizə şöbəsinin əməkdaşları mərkəzi İstanbul olmaqla, Türkiyənin 10 vilayətdə əməliyyat keçiriblər.

Şübhəlilərin ünvanlarında aparılan axtarış zamanı təşkilata aid çox sayda rəqəmsal material və sənəd aşkarlanaraq götürülüb.

İstintaq davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930