ritor.az

Belqradda minlərlə insanın iştirakı ilə aksiya keçirilir

15-03-2025, 14:59 0 dəfə baxılıb

Belqradda minlərlə insanın iştirakı ilə aksiya keçirilir
Belqradda minlərlə insanın iştirakı ilə aksiya keçirilir

Serbiyanın paytaxtı Belqradda 30 mindən çox insanın iştirakı ilə etiraz aksiyası keçirilir.

RİTOR.az xəbər verir ki, başda tələbələr olmaqla, ölkənin müxtəlif şəhərlərindən traktorlar, velosipedlər və motosikletlərlə gələn insanlar keçən il noyabrın 1-də Novı Sad şəhərindəki dəmiryolu vağzalında 15 nəfərin ölümü ilə nəticələnən qəzaya görə paytaxta toplaşıblar. Faciə son aylarda Serbiya gündəmini formalaşdırmaqda davam edir. Məlumata görə, bu aksiya ölkə tarixində ən böyük nümayişlərdən biridir. “15 nəfər üçün ayın 15-i” devizi ilə keçirilən aksiyada insanlar əllərində bayraqlarla şüarlar səsləndirirlər.

Serbiya Prezidenti Aleksandar Vuçiç aksiyanın dinc keçməsi üçün bütün lazımi tədbirlərin görüldüyünü və təhlükəsizlik qaydalarına əməl etməyənlərin cəzalandırılacağını deyib.

“Mən qalib gələn Serbiya istəyirəm. Serbiya bu gün və həmişə qalib gələcək”, - deyə Aleksandar Vuçiç vurğulayıb.

Daxili işlər naziri İvitsa Daçiç isə gecə saatlarında bir neçə insidentin baş verdiyini və 13 nəfərin saxlanıldığını bildirib.

Qeyd edək ki, aksiya ilə əlaqədar Serbiya Milli Assambleyasının binası təhlükəsizlik səbəbindən bağlanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930