ritor.az

Zelenski: Ukrayna işğal olunan əraziləri Rusiyanın bir hissəsi kimi tanımayacaq

12-03-2025, 22:27 18 dəfə baxılıb

Zelenski: Ukrayna işğal olunan əraziləri Rusiyanın bir hissəsi kimi tanımayacaq
Zelenski: Ukrayna işğal olunan əraziləri Rusiyanın bir hissəsi kimi tanımayacaq
Kiyev, 12 mart, RİTOR.az
Ukrayna işğal olunan əraziləri Rusiyanın bir hissəsi kimi tanımayacaq. Bu, Ukrayna üçün danışıqlarda “qırmızı xətt”dir.

RİTOR.az xəbər verir ki, bu barədə brifinqdə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

“Mən prezident kimi konstitusiyamızı pozmayacağam, əksinə xalqımızı və torpağımızı müdafiə edərək suverenliyimizi və müstəqilliyimizi müdafiə edəcəyəm”, - deyə Prezident deyib.

Zelenski əlavə edib ki, Ukrayna müstəqillik uğrunda mübarizə aparır və buna görə də Rusiya tərəfindən işğal edilmiş heç bir ərazini tanımayacaq.

“Xalqımız bunun üçün döyüşüb, qəhrəmanlarımız həlak olub. Ona görə də bunu heç kim unutmayacaq. Biz Ukraynaya qarşı törədilən bu cinayəti heç kimə unutdurmayacağıq”, - deyə dövlət başçısı bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930