ritor.az

Azərbaycan Qazaxıstanda mülki müdafiə üzrə beynəlxalq tədbirdə təmsil olunub

15-03-2025, 14:47 0 dəfə baxılıb

Azərbaycan Qazaxıstanda mülki müdafiə üzrə beynəlxalq tədbirdə təmsil olunub
Azərbaycan Qazaxıstanda mülki müdafiə üzrə beynəlxalq tədbirdə təmsil olunub
Astana, 15 mart ,RİTOR.az

Qazaxıstanın Kokşetau şəhərində Malik Qabdullin adına Mülki Müdafiə Akademiyasında “Mülki müdafiənin tarixi aspektləri, aktual problemləri və inkişaf perspektivləri” mövzusunda XIII Beynəlxalq elmi-praktik konfrans keçirilib.

RİTOR.az Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, konfransın plenar iclasında Qazaxıstanın aparıcı universitetlərinin, Azərbaycan, Rusiya və Belarusun ixtisaslaşmış təhsil müəssisələrinin alimləri, doktorantları, adyunkt və magistrantları iştirak ediblər.

Akademiyanın rəisi polkovnik Jumabek Xasenov konfrans iştirakçılarını salamlayaraq qeyd edib ki, artıq 13 ildir beynəlxalq konfrans formatında illik görüşlər mülki müdafiə sahəsində problemli məsələlər üzrə alimlər və praktikantlar arasında ənənəvi ünsiyyət platformasına çevrilib.

Müzakirələrdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, Qazaxıstanın mülki müdafiə sistemi üçün ixtisaslı kadrların hazırlanması məsələlərinə mühüm yer ayrılıb.

Konfransın sonunda onun praktiki əhəmiyyəti vurğulanıb, universitetlər arasında elmi tədqiqatların inkişafı və mülki müdafiə sahəsində yüksəkixtisaslı mütəxəssislərin hazırlanması üzrə perspektiv planlar müəyyən edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930