ritor.az

“France 5” kanalı Əlcəzairdə vaxtilə kimyəvi silahdan istifadə edilməsi haqqında sənədli filmi proqramdan çıxarıb

14-03-2025, 22:49 12 dəfə baxılıb

“France 5” kanalı Əlcəzairdə vaxtilə kimyəvi silahdan istifadə edilməsi haqqında sənədli filmi proqramdan çıxarıb
“France 5” kanalı Əlcəzairdə vaxtilə kimyəvi silahdan istifadə edilməsi haqqında sənədli filmi proqramdan çıxarıb
Paris, 14 mart, RİTOR.az

Fransa-Əlcəzair diplomatik gərginliyi kontekstində “France 5” telekanalı Fransa ordusunun Əlcəzairdə kimyəvi silahdan istifadəsinə dair yeni sənədli filmi proqramdan çıxarıb. “Əlcəzair. Xüsusi silah bölmələri” adlı bu sənədli film martın 6-da RTS kanalı tərəfindən yayımlanıb.

RİTOR.az xəbər verir ki, “France 5” telekanalı filmin yayımını əvvəlcə martın 16-na planlaşdırsa da, onu proqramdan çıxarıb. Etirazla qarşılaşandan sonra telekanal bunu ABŞ və Rusiya arasında cari hadisələrə diqqət yetirmək zərurəti ilə əsaslandırıb.

Bununla belə, “France 5” kanalında nümayiş etdirilməli olan Edit Buvyenin “Suriya: Əsəd qəbiləsinin süqutu” filminə daha sonra 23 mart kimi yeni yayım tarixi verilsə də, “Əlcəzair. Xüsusi silah bölmələri” sənədli filmi ilə bağlı heç bir tarix bildirilməyib.

Paris və Əlcəzair arasında onsuz da gərgin bir mühitdə bəziləri bunu siyasi qərar kimi qiymətləndirir; çünki bu film hərbi arxivlərdə uzun müddət saxlanılan tabuları göstərir.

Bu arada sənədli film “France Télévisions” saytında onlayn yerləşdirilib.

Xatırladaq ki, tarixçi Kristof Lafayenin araşdırmaları və Kler Billetin rejissorluğu əsasında çəkilmiş 52 dəqiqəlik bu sənədli film ilk dəfə olaraq Əlcəzair müharibəsi zamanı Fransa ordusunun qadağan olunmuş kimyəvi qazlardan necə istifadə etdiyini açıqlayır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930