ritor.az

Hərbi Prokurorluqda Beynəlxalq Qadınlar Günü qeyd olunub

7-03-2025, 20:27 21 dəfə baxılıb

Hərbi Prokurorluqda Beynəlxalq Qadınlar Günü qeyd olunub
Hərbi Prokurorluqda Beynəlxalq Qadınlar Günü qeyd olunub
Bakı, 7 mart, RİTOR.az

Martın 7-də Hərbi Prokurorluqda 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib.

RİTOR.az xəbər verir ki, tədbirdə çıxış edən Baş prokurorun müavini - Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev Hərbi Prokurorluğun kollektivində çalışan xanımları təbrik edərək, ən xoş arzularını bildirib. Qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev hakimiyyətdə olduğu dövrlərdə qadınlara diqqət və qayğı artırılıb, bu siyasət dövlət səviyyəsində daha da möhkəmləndirilib. Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə də qadınlara dövlət səviyyəsində xüsusi dəyər verilir, gender bərabərliyi hər bir məqamda qorunur. Sadəliyi, səmimiyyəti, vətənpərvərliyi, xalqına sədaqəti, milli-mənəvi dəyərlərə sadiqliyi və digər məziyyətləri ilə bütün dünya qadınlarına örnək olan Birinci vitse-prezident Mehriban Əliyevanın timsalında Azərbaycan qadınının dövlətimizin əldə etdiyi uğurlara töhfələrini xüsusi vurğulayan ədliyyə general-leytenantı Xanlar Vəliyev cəmiyyətimizdə və dövlətimizdə qadınların rolunun özünəməxsus və əvəzolunmaz olduğunu diqqətə çatdırıb.

Digər çıxış edənlər də Azərbaycan xanımlarının müxtəlif sahələrdə uğurlu fəaliyyətindən bəhs ediblər.

Sonra mükafatlandırma mərasimi keçirilib, xanım əməkdaşlara hədiyyələr təqdim olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930