ritor.az

Londonda azərbaycanlı mütəxəssislərlə karyera paneli keçirilib

19-02-2025, 19:28 0 dəfə baxılıb

Londonda azərbaycanlı mütəxəssislərlə karyera paneli keçirilib
Londonda azərbaycanlı mütəxəssislərlə karyera paneli keçirilib
London, 19 fevral, Ritor.az

London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində (LSE) “Careers Panel Talk at LSE” adlı tədbir təşkil olunub.

Ritor.az AZƏRTACa istinadən xəbər verir ki, LSE Azərbaycan Cəmiyyəti tərəfindən təşkil olunan tədbirdə müxtəlif beynəlxalq sektorlarda uğur qazanan azərbaycanlı mütəxəssislər tələbələrlə öz təcrübələrini bölüşüblər. Onlar karyerada uğur qazanmaq üçün vacib addımları müzakirə ediblər.

Tədbirin açılışını LSE Azərbaycan Cəmiyyətinin nümayəndələri Aysu Əliyeva və Zeytunə Sultanzadə ediblər.

Sonra Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiyadakı səfiri Elin Süleymanov və “LSE”nin akademik nümayəndəsi Dr. Dylan Potts əsas məruzəçi qismində çıxış ediblər. Səfir Elin Süleymanov xaricdəki Azərbaycan icması arasında şəbəkələşmənin vacibliyini vurğulayıb. O, Azərbaycana qayıtmağı planlaşdıran gənclər üçün təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edib.

Panel müzakirələrinə LSE Azərbaycan Cəmiyyətinin nümayəndəsi Bəxtiyar Salmanov moderatorluq edib. “PwC”, “HSBC”, “J.P. Morgan”, “bp”, “FrontierView” və Avropa Yenidənqurma və İnkişaf Bankı kimi nüfuzlu qurumların azərbaycanlı nümayəndələri paneldə iştirak edərək, tələbələrə karyera ilə bağlı dəyərli məsləhətlər veriblər.

Sonda azərbaycanlı mütəxəssislər və Britaniyada təhsil alan tələbələr arasında şəbəkələşmə görüşü baş tutub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930