ritor.az

BƏƏ-nin Prezidenti Azərbaycanın istehsal etdiyi hərbi məhsullarla tanış olub

19-02-2025, 19:25 0 dəfə baxılıb

BƏƏ-nin Prezidenti Azərbaycanın istehsal etdiyi hərbi məhsullarla tanış olub
BƏƏ-nin Prezidenti Azərbaycanın istehsal etdiyi hərbi məhsullarla tanış olub
Bakı, 19 fevral, Ritor.az

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan Əbu-Dabi şəhərində keçirilən “IDEX 2025” Beynəlxalq Müdafiə Sərgisində Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan “Azərsilah” Müdafiə Sənayesi Holdinqi Qapalı Səhmdar Cəmiyyətinin stendini ziyarət edib.

Müdafiə Sənayesi Nazirliyindən AZƏRTAC-a bildirilib ki, müdafiə sənayesi naziri Vüqar Mustafayev BƏƏ-nin Prezidentinə sərgidə nümayiş olunan Azərbaycanın istehsal etdiyi hərbi məhsullar haqqında ətraflı məlumat verib. Dövlət başçısı “IDEX 2025” Beynəlxalq Müdafiə Sərgisində fəal iştirak edən Azərbaycanın nümayəndə heyətinə uğurlar arzulayıb.

Daha sonra İtaliyanın müdafiə naziri Quido Krosetto Azərbaycan istehsalı olan müdafiə təyinatlı məhsullara baxıb. Nazirə yerli məhsullar haqqında ətraflı məlumat verilib.

Qeyd edək ki, bu gün sərgi çərçivəsində nazir V.Mustafayev BƏƏ-nin müdafiə işləri üzrə dövlət naziri Məhəmməd bin Mübarək Fadel Əl Mazrouei, “EDGE Group” şirkətinin İdarə Heyətinin sədri Faysal Əl Bannai, “Tawazun” şurasının baş katibi Nasser Al Nuaimi və Çin Xalq Respublikasinin “CETC International” şirkətinin rəhbərliyi ilə görüşüb.

Görüşlərdə müdafiə sənayesi sahəsində əməkdaşlıq imkanları müzakirə edilib, maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

“IDEX 2025” Beynəlxalq Müdafiə Sərgisi fevralın 21-dək davam edəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930