ritor.az

“Hüquqi, Sosial Araşdırmalar və Maarifləndirmə Mərkəzi”nin dövlət qeydiyyatına alınmasından 1 il ötür

14-02-2025, 20:15 8 dəfə baxılıb

“Hüquqi, Sosial Araşdırmalar və Maarifləndirmə Mərkəzi”nin dövlət qeydiyyatına alınmasından 1 il ötür
“Hüquqi, Sosial Araşdırmalar və Maarifləndirmə Mərkəzi”nin dövlət qeydiyyatına alınmasından 1 il ötür
Bakı, 14 fevral, Ritor.az

Bu gün “Hüquqi, Sosial Araşdırmalar və Maarifləndirmə Mərkəzi”nin dövlət qeydiyyatına alınmasından 1 il ötür.

Mərkəzin əsas məqsədi hüquqi araşdırmaların aparılması, uşaqlar, gənclər, eləcə də bütün əhali arasında dövlətin müəyyənləşdirdiyi sosial, iqtisadi və hüquqi maarifləndirmə tədbirlərinin həyata keçirilməsidir.

Mərkəz yarandığı gündən indiyədək bir çox uğura imza atmış, dövlət başçımızın “cəmiyyətimizin sabahı”, Ulu Öndər Heydər Əliyevin “gələcəyimiz” adlandırdığı uşaqların elə həmin dəst-xətlə inkişaf etməsi - gənclərin dövlətə, xalqa sədaqət ruhunda peşəkar kadr və vətənpərvər vətəndaş kimi formalaşması üçün təlim və tədbirlər keçirib. Mərkəzin Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsinin təbliği baxımından mühüm əhəmiyyət kəsb edən və muxtar respublikanın yaranmasının 100 illiyi, həmçinin Ulu Öndərin doğum günü ərəfəsinə təsadüf edən “Yüzillik tarixin zirvəsi: Heydər Əliyev” tədbirini, uşaq hüquqlarına dair Azərbaycan Respublikası qanunvericiliyinin əsas prinsiplərini rəhbər tutaraq, uşaq hüquqlarının səmərəli müdafiəsi və təşviqinə, bu sahədə məlumatlılığın artırılmasına, eyni zamanda, uşaq hüquqlarının həyata keçirilməsinin və onların daha effektiv müdafiəsinin təmin olunmasına həsr edilən müxtəlif şəhər və rayonlarda silsilə təlimlər şəklində keçirilən “Parlaq gələcək naminə” layihəsini buna misal göstərmək olar.

Mərkəzin həmtəsisçisi və İdarə Heyətinin sədri, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Ədliyyə Nazirliyinin yanında Məhkəmə Ekspertizası Mərkəzinin doktorantı, Hüquq və İnsan Haqları İnstitutunun beynəlxalq TOT və TOLES sertifikatlı təlimçisi Esmira Tağıyeva “Bir millət, iki dövlət” layihəsi çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə, Türkiyə Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümünə və Zəfər Gününə, “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilmiş tədbirlərdə mükafatlara layiq görülüb.

Mərkəz bundan sonra da əhalinin sosial rifahının təmin edilməsi istiqamətində beynəlxalq hüquqi araşdırmaların aparılmasına dəstək vermək, həmin ailələrin vəziyyətlərinin yaxşılaşdırılmasına kömək etmək, ölkədə, o cümlədən Naxçıvan MR-də həyata keçirilən islahatları təhlil etmək və işıqlandırmaq, habelə dövlətçiliyin yerli və beynəlxalq arenada təbliğatını aparmaq istiqamətində mühüm addımlar atacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930