ritor.az

Zelenski: Ukrayna İstanbulda Rusiya ilə danışıqlarda iştirak edəcək

15-05-2025, 21:53 16 dəfə baxılıb

Zelenski: Ukrayna İstanbulda Rusiya ilə danışıqlarda iştirak edəcək
Zelenski: Ukrayna İstanbulda Rusiya ilə danışıqlarda iştirak edəcək

Ukrayna Rusiya ilə İstanbulda keçiriləcək danışıqlarda iştirak edəcək. Ukrayna nümayəndə heyətinə müdafiə naziri Rustem Umerov rəhbərlik edəcək.

RİTOR.az
“RBK-Ukrayna”ya istinadla xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski mətbuat konfransında məlumat verib.

Zelenski qeyd edib ki, Rusiyanın danışıqlar üçün İstanbula göndərdiyi nümayəndə heyətinin tərkibi Moskvanın real dialoqa ciddi yanaşmadığını göstərir. Nümayəndə heyətinin tərkibində qərar vermək səlahiyyətinə malik şəxslər yer almayıb.

“Rusiya nümayəndə heyətinin kifayət qədər aşağı səviyyəli olmasına baxmayaraq, Prezident Trampa, Türkiyə nümayəndə heyətinin yüksək səviyyəsinə və Prezident Ərdoğana hörmət əlaməti olaraq, müharibənin başa çatdırılmasına doğru ilk addımları atmaq ümidi ilə biz tam heyətlə olmasa da, İstanbula nümayəndə heyəti göndərmək qərarına gəldik”, – deyə Prezident bildirib.

O əlavə edib ki, danışıqlarda Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Malyuk və Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Andrey Qnatov iştirak etməyəcəklər.

“Lakin nümayəndə heyətinə müdafiə naziri rəhbərlik edəcək, baxmayaraq ki, Rusiya tərəfindən onun səviyyəsində tərəfdaşı iştirak etməyəcək”, – deyə Zelenski vurğulayıb.

Prezident bu qərarını görüşün Türkiyə, ABŞ, Ukrayna və Rusiya nümayəndələrinin iştirakı ilə baş tutmalı olması ilə izah edib. Qeyd edib ki, Rustem Umerov da danışıqlar heyətinin üzvüdür, türk, ingilis, rus və Ukrayna dillərini sərbəst bilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2025    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30