ritor.az

Avropa Şurasının Prezidenti Şimali Makedoniyanın gələcəyini Aİ-də görür

15-05-2025, 21:48 17 dəfə baxılıb

Avropa Şurasının Prezidenti Şimali Makedoniyanın gələcəyini Aİ-də görür
Avropa Şurasının Prezidenti Şimali Makedoniyanın gələcəyini Aİ-də görür

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Antonio Koşta Şimali Makedoniyanın gələcəyinin Aİ-yə üzvlükdə olduğunu bildirib.

RİTOR.az xəbər verir ki, Antonio Koşta Qərbi Balkan regionu ölkələrinə səfəri çərçivəsində Şimali Makedoniyada Baş nazir Kristian Miskoski ilə görüşüb. Antonio Koşta Aİ-nin genişlənmə planının hər bir ölkənin paylaşdığı ümumi məqsəd olduğunu bildirib.

Baş nazir Kristian Miskoski isə ölkəsinin Avrointeqrasiya öhdəliyinin olduğunu deyib, Avropa Şurasının Prezidentinin regiona səfərini bu ölkələrin Aİ-yə üzvlük prosesinə dəstək kimi qiymətləndirib.

Qeyd edək ki, Antonio Koşta Qərbi Balkan regionu ölkələrinə səfəri çərçivəsində Serbiya, Bosniya və Herseqovina, Monteneqro və Kosovoda olub, Şimali Makedoniyadan sonra Albaniyaya səfər edəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2025    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30