ritor.az

Azərbaycan Prezidentinin Zirvə toplantısında iştirakı ölkəmizin artan beynəlxalq nüfuzunun təzahürüdür

16-05-2025, 21:21 12 dəfə baxılıb

Azərbaycan Prezidentinin Zirvə toplantısında iştirakı ölkəmizin artan beynəlxalq nüfuzunun təzahürüdür
Azərbaycan Prezidentinin Zirvə toplantısında iştirakı ölkəmizin artan beynəlxalq nüfuzunun təzahürüdür

“Avropa Siyasi Birliyi”nin ilk Zirvə toplantısı Çexiyanın paytaxtı Praqada olub. Qitə ölkələri arasında siyasi əlaqələndirmə platforması rolunu oynayan Birliyin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir. Ölkəmiz 2022-ci ildə Praqada keçirilən ilk toplantıdan etibarən Avropa Siyasi Birliyinin bütün sammitlərində fəal iştirak edir. Bu isə Azərbaycanın qarşılıqlı siyasi fəaliyyət və regional inteqrasiya üçün yeni platformalarda maraqlı tərəf olduğunu göstərir.

Avropa Siyasi Birliyinin Praqada keçirilən toplantısı Azərbaycan Prezidentinin böyük diplomatik uğuru ilə yadda qalıb. Daha sonra Prezident İlham Əliyevin Moldovada, Böyük Britaniyada, bu il isə Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa Siyasi Birliyinin sammitlərinə dəvət alması və bu tədbirdə iştirakı ölkəmizin xarici siyasətində davamlı uğurlarının və artan beynəlxalq nüfuzunun növbəti təzahürüdür.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2025    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30